Sabaha olan - HAVA PROQNOZU
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən "ENA"ya verilən məlumata görə, iyulun 26-da Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, cənub küləyinin əsəcəyi, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.
Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 33-37, Bakıda gecə 23-25, gündüz 34-36 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində cənub küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.
Eləcə də bax: Temperatur 5-7 dərəcə enəcək, külək güclənəcək
İyulun 26-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər saatlarında dağlarda duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 16-21, gündüz 22-27 dərəcə isti olacaq.