Süleymaniyə görə daha ağır qisas yoldadır - Şamxani
Qasım Süleymaniyə görə alacağımız qisas daha ağır olacaq.
ENA.az xəbər verir ki, bunu İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani bildirib.
"Onları öldürənlər öz yerlərində rahat otura bilməyəcəklər. İran və İraq xalqı Süleymani və Mühəndisin qisasını alacaq. Daha betər intiqam yoldadır. Sizin qonağınızı sizin evdə öldürdülər. Bu kiçik hadisə deyil, mütləq cavab verəcəyik", - Ə.Şamxani vurğulayıb.