Hadisə

Şəhidlərimizdən birinin ad-soyadı açıqlanıb - FOTO

rmənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri oturdulub.

Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.


ENA.az-ın məlumatına görə, sosial şəbəkələrdə şəhidlərdən birinin ad-soyadı açıqlanıb. Bu, Aqstafa rayonu Yuxarı Göycəli kəndindən olan gizir Sadıqov Vüqar Lətif oğludur. Məlumatı şəhidin qohumları da sosial şəbəkələrdə təsdiqləyiblər.

Allah rəhmət eləsin...

 


 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)