Hadisə

XİN-in daha bir idarə rəisi də SAXLANILDI

Xarici İşlər Nazirliyində (XİN) yeni saxlanılanlar var.

ENA.az xəbər verir ki, bu barədə AzadlıqRadiosuna məlumat verən mənbə bildirib ki, iyulun 7-də və 8-də daha iki nəfər tutulub. Bunlar nazirliyin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov və bu idarənin əməkdaşı İlqar Əliyevdir.

Onlar əvvəl həbs olunanların ifadəsi əsasında saxlanılıb. İyulun 7-də tutulan İlqar Əliyev barəsində iyulun 9-da Səbail Rayon Məhkəməsinin qərarı ilə ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib. 

Faiq Bağırov isə bir gün sonra saxlanıb. O, həbs qərarı üçün bu gün (iyulun 10-da) axşamüstü məhkəmə qarşısına çıxarılmalıdır.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində apardığı əməliyyatın nəticəsində nazirliyin 3 vəzifəli şəxsi barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onlar XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevdir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department