Bank

“Günay Bank”ın sədri dəyişdi – RƏHBƏRLİKDƏ TƏYİNATLAR VAR

“Günay Bank” ASC-nin Müşahidə Şurasının üzvi olmuş şəxs İdarə Heyəti sədri vəzifəsini icra edəcək.

ENA.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə bankdan alınan məlumatda deyilir.

Bu, Piriyev Baratəli Zülfüqar oğludur. O, Müşahidə Şurası üzvlüyündən çıxaraq İdarə Heyətinə sədr seçilib (icraedici.).

Buna qədər İdarə Heyəti sədri vəzifəsini Əhmədov Zaur Kamil oğlu icra edirdi.

Lakin, bu Müşahidə Şurasında yeni üzv – Budaqov İlham Aslan oğlu seçilib.

Bildirək ki, bankın 17 Oktyabr 2019-cu il tarixində səhmdarlarının bununla bağlı növbədənkənar ümumi yığıncağı keçiriləcəyi və dəyişikliklərin olacağı elan edilmişdi. O tarixdən sonra bankın rəsmi səhifəsində buna dair hər hansısa yenilik baş verməmişdi.

Günay Bank – 1999-cu ildə yaradılıb və 64.91 mln. manat nizamnamə kapitalı var. Kapitalda 52,13% – Mahmud Məmmədov, 40,05% – Yeganə Şirinova, 2,67% – Günay İldırımzadə, 2,31% – Xanım Məmmədova, 1,12% – Samir Cəfərov, 1,10% – Mahir Xəlilov və 0,63% – Əhməd Mehribani (Fransa)  adlı şəxslərin payı vardır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)