Hesabatlar

Hesablama Palatası 3 milyondan çox vəsaiti büdcəyə qaytarmağa müvəffəq olub

Azərbaycan Hesablama Palatası 2020-ci ilin yanvar-iyun aylarında 9 yoxlama və monitorinq keçirdi, bu, palatanın ilin birinci yarısındakı fəaliyyətinə dair məlumatlarında vurğulanır.

"Ümumilikdə Hesablama Palatası hesabat dövründə 2 monitorinq, 2 analitik fəaliyyət və 18 audit keçirməyi planlaşdırmışdı. Lakin koronavirusla bağlı vəziyyət ilin birinci yarısında cəmi 7 yoxlama və 2 monitorinqin aparılmasına səbəb oldu", - deyə Palatadan bildirilib.

Yoxlamalar zamanı 3 milyon 300.1 min manat məbləğində vəsaitin artıq və əsassız icra edildiyi müəyyən olunmuş, 1 milyon 521.4 min manat məbləğində vəsait bərpa edilib.

Bundan əlavə, Hesablama Palatası hesabat dövründən əvvəlki illərdə həyata keçirilmiş nəzarət tədbirləri zamanı aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün də addımlar atıb. Nəticədə hesabat dövründən əvvəlki illərdə xərclənmiş 1 milyon 287.4 min manat vəsait bərpa edilib.

Beləliklə, 2020-ci ilin yanvar-iyun aylarında 2 milyon 808.8 min manat bərpa edilib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)