Mərkəzi Bankın notlarına tələb 4 dəfədən çox oldu - HƏRRACIN NƏTİCƏSİ
8 iyul 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100283S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.4966 AZN (6.51%) olan 21 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 435 milyon 984 min manat olmuşdur.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.4966 AZN (6.51%), orta ölçülmüş qiyməti 99.4966 AZN (6.51%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon manat təşkil etmişdir.
Notların ödəmə tarixi 05.08.2020