1 milyon 200 min pensiyaçının pensiyası artıb
Cari ilin əvvəlindən pensiyaların indeksləşdirilərək 16,6 faiz artırılması təmin olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinindən (ƏƏSMN) ENA.az-a verilən məlumata görə, 1 milyon 200 min pensiyaçını əhatə edən bu artım üçün ayda əlavə olaraq 43 mln. manat vəsait yönəldilib:
“Ümumilikdə, 2020-ci ilin 6 ayında ölkəmizdə pensiyaların orta aylıq məbləği 2019-cu ilin müvafiq dövrünə nisbətən 27 faizə yaxın artaraq 300 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 25,24 faiz çoxalaraq 330 manata yaxın olub.
Bu ilin ilk yarımilində pensiyaların maliyyələşməsinə ötən ilin müvafiq dövrünə nisbətən 436,51 mln. manat və ya 24,09 faiz çox olmaqla, 2 milyard 250 milyon manat vəsait sərf edilib”.