Microsoft, Apple-dən "tacını" geri aldı
ABŞ-ın texnologiya nəhəngi Microsoft, əzəli rəqibi Apple-ın bazar dəyərini 8 il aradan sonra aşaraq yenidən dünyanın ən qiymətli şirkəti olub.
"BI" xəbər verir ki, Microsoft-un Nyu-York Birjasında ticarət olunan səhmləri, çərşənbə günü 3%-dən çox dəyər qazanaraq bir səhmi 110,99 dollara qədər yüksəlib. Şirkətin ümumi bazar dəyəri, səhmlərin bahalaşması ilə təxminən 850 milyard dollara çatıb.
Beləliklə, əzəli rəqibi Apple-ın 845 milyard dollarlıq bazar dəyərini 8 il sonra yenidən keçən Microsoft, dünyanın ən qiymətli şirkəti adını da geri alıb.
Apple-ın dünyanın ən dəyərli şirkəti mövqeyini itirməsinə, iPhone-lara tələbin azalması və ticarət müharibəsinin tələbə mənfi təsir göstərəcəyi narahatlıqları ilə səhmlərinin son dövrdə ucuzlaşması səbəb olub. Şirkətin səhmləri, son 3 ayda 20%-dən çox dəyər itirərək bir səhmi 171 dollara qədər geriləyib.