Bakının bu ərazisində su olmayacq
![](https://ena.az/uploads/news/2020-07/_ena_956df92b5bea8fab767bfb8c6_o.jpg)
Binəqədi rayonu 9-cu mikrorayon ərazisində suyun verilməsində məhdudiyyət olacaq.
“Azərsu” ASC-dən verilən məlumata görə, Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon ərazisində su şəbəkəsində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 08 iyul 2020-ci il tarixində gün ərzində 9-cu mikrorayon və Zeytunluq ərazisinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.