TURİZM

AZAL Bakı və İstanbul arasında uçuşların sayını həftədə 4 reysədək artıracaq

AZAL-dan ENA.az-a verilən məlumata görə, Bakı-İstanbul-Bakı istiqaməti üzrə yerinə yetirilən uçuşların ümumi sayı AZAL aviaşirkəti tərəfindən həftədə dörd reysdən səkkiz reysədək artırılacaq (çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri).

Tariflər avqustun sonunadək yerinə yetirilməsi planlaşdırılan xüsusi reyslərin satışı üçün tətbiq edilən tariflərlə analojidir. Xatırladırıq ki, tələbələr aviabilet alışı zamanı AZAL-ın reyslərində 30% həcmində güzəştdən yararlana biləcəklər. Bu məqsədlə, aviaşirkətin saytında təxsis rəsmiləşdirildikdən sonra immiqrasiya sənədinin və pasportun skan edilmiş surəti saytda geri əlaqə forması və ya “WhatsApp” mesenceri vasitəsilə aviaşirkətin çağırış mərkəzinə göndərilməlidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)