Tenderlər

Mərkəzi Bank lisenziyalarının dəstəklənməsi xidmətini satın alır - TENDER

Azərbaycan Mərkəzi Bankı (AMB) Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi və Ani Ödənişlər Sisteminin arxitekturasında istifadə olunan Oracle VBİS lisenziyalarının dəstəklənməsi xidmətinin satın alınması ilə bağlı açıq tender üsulu ilə elektron satınalma keçirir. 

Tenderdə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Tenderdə iştirak haqqı 200 manatdır.

Təklif qiymətinin 1%-i məbləğində bank təminatı ilə müşayiət olunan tender təklifləri 7 avqust 2020-ci il saat 11:00-dək qəbul olunur. Tender proseduru 7 avqust saat 12:00-da elektron formatda baş tutacaq.

Müvafiq xidmətlər 26 avqust 2020-ci tarixindən etibarən 2 il ərzində həyata keçirilməlidir.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)