TURİZM

“Lufthansa”nın baş direktoru 10 avroluq aviabiletləri ekoloji və iqtisadi məsuliyyətsizlik adlandırıb

“Lufthansa” şirkətinin baş direktoru Karsten Şpor, loukosterlərin aviabiletləri çox ucuz qiymətə satmaq ideyasını tənqid edib. Banker.az xəbər verir ki, o bununla bağlı fikirlərini İsveçrənin “Neue Zuercher Zeitung” qəzetinə verdiyi müsahibədə bildirib.

“Düşünürəm ki, aviabiletlərin 9,99 avroya satılması ekoloji və iqtisadi məsuliyyətsizlikdir. Onlar bizim nüfuzumuza xələl gətirir”, – baş direktor söyləyir.

Eyni zamanda, Şpor koronavirus pandemiyasının səbəb olduğu böhranla mübarizə məqsədi ilə dövlətdən aldığı kreditləri qaytarmaq üçün mayilləşməni artıracağını bildirib. “Vergi ödəyicilərinə borclu olmaqdansa, bazar kapitalına borclu olaq”, – rəhbər qeyd edir.
Qeyd edək ki, “Lufthansa” dünyanın ən böyük aviaşirkətlərindən biridir. Konsernə həmçinin “Swiss International Airlines və “Austrian Airlines” şirkətləri daxildir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)