Sosial iqtisadiyyat

Azərbaycanda da françayzinqi olan şirkətdən açıqlama - "MÜFLİS OLDUM"

ABŞ-ın ən iri françayzinq restoranlar şəbəkəsi olan "NPC International Inc" müflis olduğunu elan edərək, məhkəməyə müraciət edib. Şirkətin idarəetməsində 1,2 mindən çox "Pizza Hut" və 385 "Wendy`s" restoranları var.

ENA.az xəbər verir ki, Azərbaycanda da françayzinq əsasında fəaliyyət göstərən eyni adda restoranlar var. 

CNN-nin yaydığı məlumata görə, iflas prosesləri müddətində restoranlar fəaliyyətini davam etdirəcək. 

COVID-19 işçi heyətinə və ərzaqlara çəkilən xərcləri yüksəldib, bu isə restoranların bağlanmasına səbəb olub. Hazırda NPC-nin borcu təxminən 1 milyard dollardır.

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)