Səudiyyə Ərəbistanı neft ölkələrini yenidən "qiymətləri müharibəsi" ilə hədələyib
Səudiyyə Ərəbistanı neft ölkələrini yenidən "neft qiymətləri müharibəsi" ilə hədələyib. Wall Street Journalı yazır ki, OPEC + sazişinin üzvləri hasilatın azaldılması həcmini kompensasiya etməsə bu "alovlanma"nın başlayacaq.
Səudiyyə Ərəbistanının Energetika naziri Şahzadə Əbdüləziz bin Salman son həftələrdə ultimatum verərək Anqola və Nigeriyadan razılaşmanın ilk aylarında yerinə yetirilməmiş öhdəlikləri əvəz edəcək hasilatın məhdudlaşdırılmasına dair ətraflı planlar vermələrini tələb edib.
"Müştərilərinizin kim olduğunu bilirik" - deyə şahzadənin sitatı gündəmə gətirilib.
Anqolanın Neft Nazirliyi və Nigeriyanın neft naziri Timipre Silva isə buna cavab verməyib.
Qeyd edək ki, Anqola və Nigeriya əsasən yüngül və bahalı yağlarını Çin və Hindistana satırlar. Bu bazarlara təsir etmək nisbətən asandır və Çində qiymət müharibəsi aparmaq dünya qiymətlərinə asanlıqla təsir edə bilər.