MALİYYƏ

İyunda dövriyyədə olan nağd pul artıb

2020-ci ilin İyun ayında pul bazası 330 milyon 600 min manat artaraq 11 milyard 251 milyon 800 min manata çatıb.

ENA.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2019-cu ilin sonu ilə müqayisədə isə pul bazası 900 milyon 700 min manat azdır.

Pul bazası dedikdə pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir. Pul kütləsi isə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.

Pul bazası, milyon manat ilə

30.06.2020     11251.8

31.05.2020     10921.2

30.04.2020     10065.7

31.03.2020     10066.9

28.02.2020     12112.3

31.01.2020     11543.4

30.12.2019     12152.5

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department