Nazirlik: Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyində yoxlama aparılmır
Son günlər bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyində yoxlamanın keçirilməsi barədə xəbərlər yayılıb.
Nazirlikdən verilən məlumata görə, Hesablama Palatası 2019-cu ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində nazirliyin və tabe müəssisələrin 2017-2018-ci illər üzrə fəaliyyətini əhatə edən audit yoxlaması aparıb.
Rəsmi olaraq bildiririk ki, hal-hazırda Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyində hər hansı yoxlama aparılmır.