Kapital Bank sərfəli şərtlərə daxili ipoteka krediti təklif edir
Kapital Bank evi olmayanlara və mənzilini yeniləmək istəyənlərə sərfəli şərtlərlə daxili ipoteka krediti təklif edir. Müştərinin gəlirlərinin rəsmi və ya qeyri-rəsmi olmasından asılı olmayaraq və hələ də ev almaq arzusunda olanlar bankın öz vəsaiti hesabına verilən 250 000 manatadək məbləğdə olan ipoteka kreditindən bəhrələnə bilərlər.
İpoteka kreditinin məbləği 30 000 – 250 000 manat aralığında dəyişir, müddəti isə 36 aydan 120 ayadək təşkil edir. Kampaniya çərçivəsində faiz dərəcəsi 10%-dən başlayaraq müəyyən olunur. Kapital Bank ilə partnyor olan tikinti şirkətləri ilə əldə ediləcək mənzillər üzrə kredit məbləği isə 500 000 manata kimi artırıla bilər. Kampaniya 30 sentyabr 2020-ci il tarixinədək davam edir.
Qeyd edək ki, minimal ilkin ödəniş müştərinin gəlirlərindən asılı olaraq 15% – 50% arasında dəyişir. İpoteka krediti verildikdə həm əmlak, həm də həyat sığortasının olması zəruridir. Müştərilər ipoteka krediti üzrə müraciətlərini (+99451) 250 99 99 WhatsApp nömrəsinə ünvanlaya bilərlər.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 16 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.