Nyu-York hərraclarında yüksəlmə qeydə alınıb
ABŞ-da daşınmaz əmlak bazarında canlanma və may ayında yaşayış binalarının satışına dair əməliyyatların 44,3% artması Nyu-York Fond Birjasında (NYSE) bugünkü hərracın işinə müsbət təsir edib.
ENA.az xəbər verir ki, hərracın sonunda Dow Jones indeksi 2,19% bahalaşaraq 25 563, 76 bənd, S&P 500 1,36% artaraq 3 050,03 bənd, Nasdaq isə 1,12% yüksələrək 9 866,10 bənd təşkil edib.
“WTI” markalı yüngül neftin avqust fyuçerslərinin qiyməti 39,62 ABŞ dolları təşkil edib.