Vakansiyalar

Bank Respublika işçi axtarır - VAKANSİYA

“Bank Respublika” ASC Bakı şəhərində yerləşən filialı üçün “Xidmətlər üzrə məsləhətçi” vakansiyası elan edir.

Ümumi vəzifə öhdəlikləri:

• Ofisə müraciət edən müştərilərin qarşılanması, salamlanması, istiqamətləndirilməsi;
• Müştərilərə bankın məhsul və xidmətləri haqqında məlumatların verilməsi;
• Müştərilər arasında aparılan sorğularda iştirak;
• Bankomat, terminallarda ödəniş zamanı müştərilərə köməklik göstərmək.

Namizədə qarşı tələblər:

• Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
• İş təcrübəsi: Müştəri xidmətləri üzrə təcrübə arzuolunandır;
• Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili orta səviyyədə arzuolunandır;
• Komputer bilikləri; Microsoft Office Programs (Word,Excel);
• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
• Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Xidmətlər üzrə məsləhətçi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department