Sənaye

SOCAR-da iş rejimi DƏYİŞDİRİLDİ

SOCAR və tabeliyindəki qurumlar iki həftəlik sərt karantin dövründə xüsusi rejimdə çalışır. Bu barədə SOCAR-ın İctimai əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdir müavini İbrahim Əhmədov bildirib ki, ümumilikdə iş saatları dəyişdirilməyib:

“SOCAR tebeliyindəki müxtəlif idarələrin işçilərinin iş saatı əvvəldən müxtəlif idi. Yəni bəzilərində iş saat 08:00-da, bəzilərində 09:00-da başlayırdı. Bu, pandmeiyadan əvvəl də belə idi. Pandemiya dövündə isə evdən işləməyə üstünlük verilir. Son 2 həftə ərzində bir çox idarələrdə əməkdaşlar növbəli şəkildə işə çıxırlar. Yəni bir qrup əməkdaş ofisdən, başqa qrup evdən işləyir. Növbəti gün evdən işləyənlər ofisə işə gəlir, işdəkilər evdən işləyir. Bu qayda ötən həftənin əvvəlindən tətbiq edilir. Bəzi idarələrdə iş saatlarının dəyişdirilməsi, növbəli sistemə keçilməsi mümkün deyil. Amma rəhbər işçilərin hamısı iş başındadırlar”.

SOCAR və tabeli qurumlarda koronavirusa yoluxmaya gəlincə, İ.Əhmədov deyib ki, virus heç bir iri dövlət qurumundan yan keçməyib:

“Rəhbərliyin qərarına əsasən, SOCAR və tabeli qurumlarda COVİD-19-a yoluxma ilə bağlı məlumatların açıqlanması Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən şərh olunur. Ona görə də bu sualı dəqiq cavablandıra bilmirəm”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)