Əsas məzmuna keç
Bakı +17°, tufanlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Bağlanmış bankların əmanətçilərinə 62 milyon manata yaxın kompensasiya ödənilib

Bağlanmış bankların əmanətçilərinə 62 milyon manata yaxın kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Atabank” ASC, “Amrahbank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC-nin əmanətçilərinə qorunan əmanətlər üzrə 17 iyun 2020-ci il tarixinə “Kapital Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC vasitəsilə 61,6 milyon manat kompensasiya ödəyib. 

ENA.az bu barədə Fonda istinadən xəbər verir.

Ləğv prosesində olan “Atabank” ASC və “Amrahbank” ASC-nin əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

“AG Bank” ASC və “NBC Bank” ASC- nin əmanətçilərinə kompensasiyaların ödənilməsinə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

Qeyd olunur ki, “Əmanətlərin sığoratalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.