İnşaat və əmlak

AMB 10 manatlıq şirkətlə müqavilə bağladı – Bankın mərkəzi ofisinin təmir işləri üçün bu şirkətə pul ödəyəcək

Azərbaycan Respublikasının Mərkəzi Bankı “Yeni Lahiyyə” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə imzalayıb.

ENA.az xəbər verir ki, müqavilədə Azərbaycan Respublikası Mərkəzi Bankının mərkəzi ofisinin və Bakı şəhəri Ə.Əliyev küçəsi 10 ünvanında yerləşən inzibati binasında təmir-bərpa işlərinin satın alınması nəzərdə tutulub.

Müqavilənin ümumi məbləği 34 min 351 manatdır.

Onu da qeyd edək ki, “Yeni Lahiyyə” Məhdud Məsuliyyətli Cəmiyyəti 2014-cü ildə dövlət qeydiyyatına alınıb, yəni 6 ildir ki, fəaliyyət göstərir. Bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Əliş Çodarovdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)