Azərbaycan BOKT-nun rəhbəri dəyişdi
Bank Olmayan Kredit Təşkilatı “Kredex” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru dəyişib.
Məlumata görə, Mikayıl Xəlilzadə Elşən Əliyevi əvəzləyib.
Elşən Əliyev ötən ilin sentyabr ayından bu vəzifəyə təyin edilib. E.Əliyev həmin zaman Müşfiq Mirzəliyevi əvəzləmişdi.
“Kredex” BOKT 2013-cü ildə təsis edilib və 300 min manat nizamnamə kapitalı var.