BİZNES

“Ata Holdinq”in və müəssisələrinin 1 milyon manata yaxın vergi borcu var

Azərbaycanın aparıcı holdinqlərindən biri olan “Ata Holdinq” MMC dövlət büdcəsinə 795 433,57 manat borcludur.

ENA.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Holdinqə daxil olan müəssisələrə gəlincə, “Ata Lizinq” MMC-nin 2 407,79 manat, “Şəmkir Quşçuluq” MMC-nin isə 42 801,12 manat vergi borcu var. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)