Bank

“TuranBank”ın səhmdarları toplaşır

Gələn ilin yanvarın 14-də saat 15:00-da “TuranBank” ASC-nin səhmdarlarının iclası keçiriləcək.

Bankdan verilən məlumata görə, səhmdarların iclası Bakı şəhəri, İ.Qutqaşınlı 85 ünvanında keçiriləcək.

Nümayəndə vasitəsilə təmsil olunacaq səhmdarlardan müvafiq etibarnamənin iclas başlandığı tarixədək Banka təqdim edilməsi xahiş olunur.

Qeyd edək ki, iclasın gündəliyi açıqlanmayıb, amma müzakirə olunacaq məsələlər bildirişə əlavə olunaraq səhmdarlara göndərilib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)