Bank

Nzamnamə kapitalı 300 milyon manatdan çox olan 5 bank

Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 5-nin bu il aprelin 1-nə nizamnamə kapitalı 300 milyon manatdan çox olub.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 241,287 milyon manat), "Xalq Bank" (364,773 milyon manat), "Yelo Bank" (348 milyon manat), "PAŞA Bank" (333 milyon manat) və "Bank VTB Azərbaycan"dır (315,815 milyon manat).

Nizamnamə kapitalının məbləği 2 bankda 200-300 milyon manat arasında, 6 bankda isə 100-200 milyon manat arasında, 11 bankda 50-100 milyon manat arasında, 3 bankda 50 milyon manat, 1 bankda isə 50 milyon manatdan azdır.

4 bankın nizamnamə kapitalı artıb

Azərbaycanda 4 bankın nizamnamə kapitalı artıb

Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 4-nün bu il aprelin 1-nə nizamnamə kapitalı illik müqayisədə az olub.

Bunlar "Xalq Bank", "Turan Bank", "Naxçıvan Bank" və "Muğan Bank"dır.

Ən yüksək dinamika "Xalq Bank"da (62,1%), ən aşağı dinamika isə "Muğan Bank"da (7,9%) qeydə alınıb.

1 bankın - "Express Bank"ın nizamnamə kapitalı 18% azalıb.

Qalan 23 bankın nizamnamə kapitalı dəyişməyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)