BİZNES

Azərbaycanın pomidor ixracı REKORDLAR QIRIR

2020-ci ilin yanvar-may dövründə Azərbaycandan 123 milyon 89 min dollar dəyərində 104 min 860 ton pomidor ixrac edilib. Bu, indiyədək ilk 5 ayda qeydə alınmış ən yüksək məbləğdə pomidor ixracıdır.

ENA.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, pomidor ixracının məbləğ ifadəsi 18%, miqdar ifadəsi isə 14,4% artıb.

Xatırladaq ki, 2019-cu ilin yanvar-may dövründə Azərbaycandan 104 milyon 239 min dollar dəyərində 91 674 ton pomidor ixrac edilmişdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)