Unimetal şirkəti likvidliyi qorumaq üçün xaricdən kredit aldı
Azərbaycanın Unimetal MMC şirkəti COVID-19-in mənfi təsirini aradan qaldırmaq üçün Avropa Yenidənqurma və İnkişaf Bankından (EBRD) 6 milyon manat (3.3 milyon avro) məbləğində kredit götürür.
Bu vəsait Unimetal-ın likvidlik və dövriyyə kapitalı buferi yaratması üçün verilib.
2.125 milyon manat məbləğində ilk tranş kreditlərin yenidən maliyyələşdirilməsinə yönəldiləcək. 3,875 milyon manatlıq ikinci tranş bankın likvidlik vəziyyətini yaxşılaşdırmağa imkan verəcəkdir.
Unimetal, Azərbaycanda metal tikinti materiallarının aparıcı istehsalçı və satıcılarından biridir. Ticarət şirkəti olaraq qurulan Unimetal tədricən tikinti sektoru üçün geniş çeşidli metal məhsulları istehsalına keçdi.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank 172 layihənin icrası üçün Azərbaycana 3,4 milyard avro məbləğində kredit ayrılmasını təsdiqləyib. Hazırda bankın Azərbaycanda aktiv portfelinə təxminən 1,4 milyard avro ayrılmış 38 layihə daxildir.