BP işçilərinin sayını azaldır
BP cari ilin sonuna kimi işçilərinin sayını 15 faiz azaldacaq.
ENA.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Bildirilir ki, BP koronavirus səbəbindən bu ilin sonuna qədər işçi qüvvəsini 15 faiz azaldacaq
Şirkətin sözçüsü məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Qeyd edək ki, BP-nin baş icraçı direktoru Bernard Luni şirkətin işçi qüvvəsini 10 min nəfər azaltmağı planlaşdırdığını bildirib. Bu, ilin son rəqəmlərinə görə ən çox işçi ixtisarı olacaq.