Qeyri-Bank

“Azinvestkredit BOKT”un rəhbəri vəzifəsindən azad edilib – YENİ TƏYİNAT

“Azinvestkredit Bank Olmayan Kredit Təşkilati” MMC-nin İdarə Heyəti sədri (təkbaşına rəhbəri) vəzifəsindən azad edilib.

ENA.az bu barədə əldə etdiyi məlumata görə, yeddi yaşlı “Azinvestkredit” bu günə qədər rəhbərlik edən Vəliyeva Səbinə Novruz qızı vəzifəsindən ayrılıb.

Digər əldə etdiyimiz məlumata əsasən isə onu müvəqqəti vəzifə icraedicisi kimi Kərimli Nurlan İlqar oğlu əvəzləyib.

“Azinvestkredit” 2013-cü ildə yaradılıb, 500 min nizamnamə kapitalı var. Kapitalının əlli-əlliyə Tamara İsmayılova və Əkbər İsmayılov adlı rezident fiziki şəxslərə məxsudur. BOKT, biznes, istehlak  və ipoteka kreditləri təqdim edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)