Türkiyədə koronavirus pandemiyasının ikinci dalğası təhlükəsi yaranıb
Türkiyənin Van vilayətində koronavirus pandemiyasının ikinci dalğası təhlükəsi yaranıb.
ENA.az xəbər verir ki, vilayətin 3 yaşayış məntəqəsində yenidən karantin rejimi tətbiq edilib.
Ümumilikdə, karantin rejimi 19 min sakini əhatə edir.
Qeyd edək ki, bu günədək Türkiyədə 168 340 nəfər koronavirusa yoluxub, 4 648 nəfər həyatını itirib.