Vakansiyalar

Tikinti şirkətində İŞ VAR - MAAŞ 2000 MANAT

Texniki istehsalat üzrə mühəndis

İşıqkeçirən, alüminium və fasad konstruksiyaların işlənib hazırlanması, layihələndirilməsi, montajı üzrə ixtisaslaşmış tikinti şirkətinə “Texniki istehsalat üzrə mühəndis” tələb olunur.

Vəzifə öhdəlikləri:

 Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaları tərtib edir;
 Layihə sənədlərində nəzərdə tutulmuş tikinti-quraşdırma işlərinin həcmini və realizasiya müddətinə müəyyən edir;
 Materialların, məhsulların, konstruksiyaların dəyişdirilməsi məsələlərini tez bir zamanda həll edir (tikinti obyektlərinin keyfiyyətini aşağı salmadan).
 Texniki sənədlərin ekspertizasını həyata keçirməklə çatışmazlığın müəyyənləşdirilməsi, aradan qaldırılması tədbirlərinin həyata keçirilməsini təmin edir;
 Bitmiş tikinti-quraşdırma işlərinin və obyektlərinin texniki qəbulunu həyata keçirir, lazımi texniki sənədləri tərtib edir;
 Bitmiş tikinti-quraşdırma işlərinin uçotunu aparır və tikinti planlarının icrası barədə hesabat vermək üçün lazımi məlumatları hazırlayır;
 Obyektlərin tikintisində büdcə sənədlərinin, görülən işlərin uçot sənədlərinin yoxlanılmasını təmin edir;
 Əlavə işlər üçün büdcə sənədlərini tərtib edir;
 Müştəridən alınan büdcə sənədləri yoxlayır və keyfiyyətinə dair nəticələr hazırlayır;
 Proyekt rəhbərləri və müştəri ilə smetaları, görülən işlərin, materialların və əlavə xərclərin dəyəri üzrə hesablamaları, görülən işlərin spesifik xüsusiyyətlərini və s. razılaşdırır.

Vəzifəyə olan tələblər:

 Ali texniki təhsil
 Tikinti sahəsində 7 ildən az olmayan iş stajı
 Fasad panellərinin quraşdırılması sahəsində iş stajı mütləqdir
 MS Office Standart, AutoCad proqramları biliyi

İş şəraiti:

 İş qrafiki: 6/1, 09:00-dan 18:00 kimi
 Şirkət hesabına nahar
 Əmək haqqı: 2000 AZN NET

Vakansiya ilə maraqlanan yuxarıdakı tələblərə cavab verən şəxslər öz CV-ni ttguliyeva@gmail.com ünvanına mövzu yerində “Texniki istehsalat üzrə mühəndis” yazaraq göndərə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department