DOST Agentliyi minivan alır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi minivan tipli avtonəqliyyat vasitələrinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
ENA.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Autouniversal" MMC-dir.
Qalib şirkətə 155,7 min manat ödəniləcək.