Azərbaycanda işsizlərə yenidən 190 manat verilə bilər
"190 manat vəsaitin vətəndaşlara verilməsi aprel və may ayları üçündür".
ENA.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində NK-nın mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, amma yenidən məhdudlaşma olarsa, bu məsələyə baxıla bilər:
"Bu barədə məhdudlaşma qərarından sonra məlumat veriləcək. Hələlik bu barədə heç nə deyə bilmərik".