“Belə getsə, koronavirusa məğlub olacağıq”
İranın Səhiyyə naziri Səid Nəmaki ölkəsində əhalinin və rəsmilərin çoxunun COVID-19 təhlükəsinə diqqət yetirmədiklərindən gileylənib.
“Anadolu” agentliyi xəbər verir ki, nazir bu barədə dövlət televiziyalarının birinə açıqlama verib:
“Təəssüf ki, ölkəmizdəki insanların çoxu epidemiyanın sona çatdığını düşünür. İki gün əvvəl Məşhədə getdim. Sosial məsafəyə diqqət edilmir, maska taxılmır. Üç aydır əlimizdən gələni edirik. Gördüyüm mənzərə ruhumu yaraladı”.
Onun sözlərinə görə, bəzi məmurlar ona yumşaldılmalarla bağlı təsir göstərir.
“İnsanlar bilmir ki, asanliqla əvvəlki vəziyyətə qayıda bilərik. Belə getsə, koronavirusa məğlub olacağıq”, - nazir əlavə edib.