Bank

Azərbaycanda bu bankda koronavirus aşkarlandı - ƏMƏKDAŞLARI KARANTİNƏ ALINDI

Azərbaycan Beynəlxalq Bankının 2 filialı ciddi karantinə alınıb. ENA.az xəbər verir ki, bankın Nərimanov və Binəqədi filiallarının 5 əməkdaşında koronavirus infeksiyası aşkar edilib.

Bununla bağlı hələ mayın 22-də filialların işi dayandırılıb və əməkdaşlar karantinə alınıblar. Hazırda Nərimanov və Binəqədi filiallarında digər  filiallardan gətirilmiş əməkdaşlar xidmət göstərir.

Məsələ ilə bağlı Azərbaycan Beynəlxalq Bankından ENA.az-a bildirilib ki, hazırda digər xidmət ofisləri kimi Nərimanov və Binəqədi filialları da fəaliyyətini adi rejimdə davam etdirir. Eyni zamanda işçilərin və müştərilərin sağlamlığınını qorunması üçün mütəmadi tədbirlər görülür.

Qeyd edək ki, hazırda filiallara daxil olan bütün müştərilərdən maska və əlcək tələb olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department