Azərbaycanda bir kəndin bütün sakinləri koronavirus yoxlamasından keçdi
Son günlər koronavirusa yoluxanların sayına görə Mərkəzi Aran rayonları üstünlük təşkil edir. Burada Kürdəmiri xüsusilə qeyd etmək lazımdır.
Təkcə son iki gündə rayonun Sığırlı kəndində 12 nəfər koronavirusa yoluxub. Onların içərisində bir yaşlı uşaq da var.
Rayon İcra Hakimiyyəti, polis şöbəsi, mərkəzi xəstəxana və Gigiyena və Epidemiologiya şöbəsinin əməkdaşları Sığırlı kəndində olublar.
Kənd sakinlərinin hamısının temperaturu ölçülüb. Şübhə doğuran şəxslərdən elə yerindəcə analizlər götürülüb. Onlara zərurət olmadığı halda evdən çıxmamaq, mütləq qaydada tibbi maska və əlcəklərdən istifadə etmək tövsiyə edilib.
Bundan başqa, rayonun digər ərazilərində də bu kimi tədbirlərin mütəmadi keçrilməsi planlaşdırılır.
Qeyd edək ki, Kürdəmir rayonu üzrə bugünə kimi 54 yoluxma faktı qeydə alınıb. Onlardan 16 nəfər sağalıb.