Vakansiyalar

Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Transformasiya Ofisi Risklərin idarə edilməsi üzrə Mütəxəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssis vəzifələrinə vakansiya elan edir

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşlar üçün yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat

Görəcəyiniz işlər:

 Maliyyə risklərinin qiymətləndirilməsi üçün lazımi analitik və statistik texnikalardan istifadə edilməsi üzrə məsləhət vermək və dəstək olmaq;
 Kredit portfelinin müxtəlif kriteriyalar üzrə təhlilinin aparılması üzrə məsləhət vermək və dəstək olmaq;
 Bankın risk iştahı, dözümlülük hesabatı, risk strategiyası, siyasəti, müxtəlif risk indikatorları üzrə təkliflərin irəli sürülməsi üzrə məsləhət vermək və dəstək olmaq;
 Maliyyə risklərinin idarə edilməsi üzrə layihələrdə koordinasiya və dəstəyin göstərilməsi;
 İdarə Heyəti və Transformasiya Ofisinin mütəmadi iclasları üçün transformasiya prosesinin ümümi inkişaf gedişinə dair hesabatların hazırlanması

Bizim üçün ideal namizəd:

 İqtisadiyyat, maliyyə və ya digər müvafiq istiqamət üzrə ali təhsili olan;
 Kreditlərin verilməsi, təsnifləşdirilməsi və s. barədə AR Mərkəzi Bankının müvafiq normativləri və qaydaları barədə biliklərə sahib olan;
 Bank sahəsində ən az 3 il iş təcrübəsi olan; (Kredit/Bazar/Əməliyyat risklərinin idarə olunmasında ən az 1 il təcrübəsi olan);
 CFA, FRM və ya müvafiq sahə üzrə beynəlxalq serifikatlara sahib olan;
 Yüksək səviyyədə Azərbaycan, İngilis və Rus dillərini bilən;
 Güclü kommunikativ qabiliyyətə sahib olan;
 MS Office proqram bilikləri yüksək səviyyədə olan bir şəxsdir

Axtardığımız namizəd Sizsinizsə, CV-nizi cv_transformationoffice@ibar.az elektron ünvanına 19.06.2020 tarixinədək göndərməyiniz xahiş olunur (məktubun mövzusu: "TO Risklərinin idarə edilməsi üzrə Mütəxəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssis")

Məktubun mövzu hissəsində müraciət edilən müvafiq vəzifə adının göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Əlavə məlumat üçün: www.ibar.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department