Bank

Türkiyənin 9 bankına "mənfi" diaqnoz qoyuldu

Beynəlxalq kredit reytinqi təqşkilatı "Fitch Ratings", Türkiyənin 9 bankının uzunmüddətli xarici valyutada kredit reytiqninin proqnozunu "sabit"dən "mənfi"yə dəyişib.

Türkiyə mətbuatının məlumatına görə, 9 bank aşağıdakılardır:

ING Bank, Denizbank, QNB Finansbank, TEB, ICBC Turkey, Alternatifbank, Burgan Bank Turkey, Kuveyt Türk və Türkiye Finans.

Açıqlamada "mənfi" proqnozun səbəbi kimi bazar volatilliyində artım və Türkiyənin zəifləyən xalis valyuta ehtiyatları nəzərə alınaraq artan hökumət müdaxilələri risklərini əks etdirdiyi qeyd edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)