Maliyyə Nazirliyinin hesabatı barədə - 3 VACİB MƏQAM
Bundan əvvəl - payızda da 2020-ci ilin büdcəsilə bağlı ilk dəfə əvvəllər olmadığı həcmdə və formatda büdcə informasiyaları açıqlamışdı.
Amma bu yaxşı işləri yaxın gələcəkdə daha təkmil səviyyəyə çatdırmağa ehtiyac var.
Yaxın günlərdə bu hesabatla bağlı geniş yazacam, amma 3 nəzərə alınmalı vacib məqamı deyim:
1. Büdcə hesabatını hazırlayarkən təsdiqlənmiş büdcə qanunun formatını nəzərə almaq lazımdır. Məsələn, qanunda bütün rayon və şəhərlərin hər biri üzrə gəlir və xərcələrin proqnoz məbləği təsdiqlənir. Amma icra hesabatında bu yoxdur. Hətta yenə əvvəllər verdiyim bir təklifin üzərində qalıram: icra hesabatında dövlət büdcəsinin yerli gəlir və xərclərinin icrasına dair hesabat ayrıca əlavə kimi hazırlanmalı, hər bir rayon və şəhərin gəlir və xərclərinin strukturunu görmək mümkün olmalıdır.
2) İcra olunmuş investisiya layihələrinin siyahısı hesabata əlavə edilməlidir.
3) Hesabatda çox dəqiq izahlar olmalıdır. Məsələn, dövlət büdcəsinin sərbəst xəzinə qalığı il ərzində az qala 2.5 dəfə artırsa, bu artımın nəyin hesabaın baş verdiyi parlamentə və cəmiyyətə açıqlanmalıdır. Ümumiyyətlə, hesabatı oxuyanda "niyə" sualı mümkün qədər az olmalıdır.
İstənilən artım və azalmaların səbəbləri barədə izah vacibdir. Adı üstündə- hesabat: hər qəpiyin hesabatı, proqnozdan hər kənarlaşmanın hesabatı vacibdir.
Rövşən Ağayev
iqtisadçı-ekspert