“Disney” in striminq xidmətinin rəhbəri 25 il işlədiyi şirkətdən ayrılaraq “TikTok” a rəhbərlik edəcək
“Disney” in striminq xidmətinin rəhbəri olan Kevin Mayer, 25 il işlədiyi şirkətdən ayrılaraq “TikTok” a rəhbərlik edəcək.
ENA.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Qeyd edək ki, Kevin Disney+, ESPN+ və Hulu kimi layihələrinin inkişafı üzərində çalışıb. İndi isə onun yerini “Disneyland Resort” un rəhbəri Rebekka Kempbell tutacaq.
Yeni vəzifədə Kevin Mayer “TikTok” un qlobal inkişafına görə məsuliyyət daşıyacaq. “Axios” agentliyinin bildirdiyi kimi, mütəxəssis vəzifələrinin icrasına iyunun 1-də başlayacaq.
Qeyd etmək lazımdır ki, “ByteDance” şirkətinin inkişaf etdirdiyi xidmətlərin auditoriyası sürətlə artır və Mayer bu vəzifəyə “həlledici bir anda” təyin olunur.