Vakansiyalar

SMTS MMC işçi axtarır - MAAŞ 1200-2000 MANAT

SƏTTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi) Mühəndisi

Tələb olunan iş Bacarığı:

- İSO 45001-2018 və ISO 14001 tələblərinə uyğun Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühitin qorunmasını təmin olunması ilə bağlı lazımı biliklərə malik olmaq.
- Tikinti Quraşdırma İşlərində Risklərin qiymətləndirlməsi bacarığına malik olmaq.
- Tikinti Quraşdırma İşlərinin gedişatını analiz etmək, təhlükəsizlik tələblərinin pozulmasını müəyyən etmək, işin daha təhlükəsiz yerinə yetirlməsi üçün İş metodunda tətbiq etmək bacarığı.
- Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməli.
- İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir.
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməlidir.
- İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etməlidir.
- Əməyin mühafizəsi və texniki təhlükəsizliyi üzrə mühəndis nəzarət etməlidir:
a) sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasına;
b) əməyin mühafizəsi üçün norma, qayda və təlimatların yerinə yetirilməsinə;
c) səs-küyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və
başqa istehsalat faktorlarının ölçülməsinin qrafik üzrə aparılmasına;
d) aspirator və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə;
e) qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə;
f) iş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasına;
g) işçilərin əməyin mühafizəsi dərslərinin təşkilinə, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə;
h) istehsalatda bədbəxt hadisələrin uçotuna və araşdırılmasına;
i) işçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vəsaitələrinin və digər vasitələrin qorunmasına, yuyulmasına, təmizlənməsinə, qurudulmasına və zərərsizləşdirilməsinə;
j) xidmətlərdə əməyin mühafizəsi və texniki təhlükəsizliyinə ayrılmış vəsaitlərin düzgün xərclənməsinə.

Tələb olunan təhsil və biliklər:

- Ali təhsil (Texniki)
- SƏTTƏM Mühəndisi olaraq Beynəlxalq tikinti layihələrində ən az 3 il (fasiləsiz) iş təcrübəsi
- Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini ifadə etmək qabiliyyəti olmalı. (İngilis dilini texniki səviyyədə bildikdə əmək haqqına müsbət təsir edəcəkdir.)
- Sertifikatları (IOSH, FHN və s.)
- Komputer bacarıqları -Microsoft Office
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, səliqəli, diqqətli, müstəqil və qrup daxilində işləmək bacarığı;

Digər tələb və şərtlər:

- Yaş həddi: 25-45 AZN
- Əmək haqqı 1200-2000 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
- İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 2 saat)
- Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində hr@smts.az elektron ünvanına mövzu yerinə “SƏTTƏM Mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş
namizədlər müsahibəyə dəvət olunacaqlar. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department