Sosial iqtisadiyyat

“Bakı Metropoliteni” 20 vaqonun alınmasını təxirə salıb

“Bakı Metropoliteni” QSC may ayı üçün nəzərdə tutulan 20 vaqonun (4 qatar) alınmasını təxirə salıb. 

Bunu mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, vaqonlar karantin rejimi bitəndən sonra Bakıya gətiriləcək:

“Hazırda 20 vaqonun istehsal prosesi demək olar ki, bitib. Həm Rusiyada, həm də ölkəmizdə karantin rejimi başa çatdıqdan sonra həmin qatarların Bakıya gətirilməsi təmin olunacaq. Ondan sonra isə müvafiq texniki istismar qaydalarına və prosedurlara uyğun olaraq qatarların sazlanması, tənzimlənməsi və sınaq işlərindən sonra xəttə buraxılması təmin olunacaq”.

Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında "Bakı Metropoliteni" Rusiyanın ”Transmaşholdinq” QSC-yə daxil olan “Metrovaqonmaş” ASC ilə yeni vaqonların (qatarların) alınmasına dair yeni müqavilə imzalayıb. Müqavilənin şərtinə görə, qarşıdakı 3 ildə, hər il 20 vaqon yaxud 4 qatar olmaqla ümumilikdə, 60 vaqon və yaxud 12 qatarın Bakıya gətirilməsi nəzərdə tutulub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)