Mayın 9-da Bakı metrosunun fəaliyyəti bərpa oluna bilər
“Bakı Metropoliteni” QSC mayın 9-dan fəaliyyətini bərpa etmək üçün hazırlıqlara başlayıb.
ENA.az xəbər verir ki, qurumun işçilərinin tam heyətdə işə çıxması ilə bağlı tapşırıq verilib.
“Bakı Metropoliteni”nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə açıqlamasında bildirib ki, rəsmi qərar olmadan metronun fəaliyyətinin bərpa edilməsi ilə bağlı nəsə demək olmaz:
“Bakı metrosunun fəaliyyətinin bərpa edilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmi qərarı olmadan biz hər-hansı açıqlamanı verə bilmərik. Hazırda metro fəaliyyət göstərməsə də, infrastrukturun saxlanması və ən qısa zamanda fəaliyyətin bərpa edilməsi üçün iş başındayıq. Əgər rəsmi qərar olarsa, “Bakı Metropoliteni”nin ən qısa müddətdə fəaliyyətini tam bərpa etməyə hazırıq”.