Bank

Banklar əhalinin əmanətlərini geri çəkəcəyindən narahatdırlar

hali əmanətlərini geri çəkib, onun bir hissəsini dollara çevirib, yenidən banklarda yeləşdirib". İqtisadçı Samir Əliyevin sözlərinə görə, bunu dollarla olan əmanətlərdə artımın olmasıda təsdiqləyir:

"Manat əmanətlərində azalma var. Əhali devalvasiyadan, bankların bağlanmasında qorxaraq əmanətlərini geri çəkib. Qeyri-maliyyə təşkilatları, şirkətlərdə də vəziyyət elədir. Şirkətlər də öz əmanətlərini azaltmağa başlayıblar. Düşünürəm ki, may ayında da proses davam edəcək. Əmanətlərin Sığortalanması Fondunun sığotalanan əmanətlərin faiz dərəcəsini 10-dan 12 faizə qaldırmasının kökündə də ehtiyatlılıq dayanır. Yəni, əhalinin əmanətlərini geri çəkəcəyindən narahatdılar.

Əmanətlərin geri çəkilməsi isə bankların kredit mənbəyi kimi istifadə etdikləri depozitlərin azalmasına gətirib çıxara bilər. Çünki hazırda ümumi kredit qoyuluşunda depozitlərin payı 70 faizdir. İnsanlar əmanətlərini götürərsə, banklarda likvidlik problemi yarana bilər və eyni zamanda banklar kredit verməkdə çətinlik çəkə bilər. Onsuzda kreditlərin ödənişində çətinlik yaranıb, əmanətlərin də geri çəkilməsi banklarda çox ciddi problemlərə səbəb ola bilər".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)