Sosial iqtisadiyyat

"Pensiya işlərinin təmizlənməsi" 200 milyon ehtiyat yaradıb

"Əsassız pensiya işlərinin təmizlənməsi nəticəsində Fondun xərclərinə qənaət hesabına 200 milyon manat ehtiyat yaranıb". ENA.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev məlumat verib. 

Nazir bildirib ki, DSMF-nin gəlirləri üzrə müəyyən edilmiş proqnozun 105,5 faiz icra edilməsi, əsassız pensiya işlərinin təmizlənməsi nəticəsində Fondun xərclərinə qənaət hesabına yaranmış 200 milyon manat ehtiyat sosial ödənişlərin davamlılığını təmin edib. 

Təsadüfi deyil ki, 2020-ci ilin 4 ayı ərzində nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məcburi dövlət sosial sığorta haqlarından daxilolmaları proqnozdan 163 milyon manat və ya 17,2 faiz çox olub. Əgər ötən ilin müvafiq dövrü ilə müqayisə etmiş olsaq, hətta xüsusi karantin rejiminə baxmayaraq, DSMF-nin daxilolmaları keçən ilin müvafiq dövrünə nisbətən 313,4 milyon manat və ya 39,6 faiz artıqdır.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)