Dövlət qurumu işçilər axtarır
“Azərenerji” ASC elektrik stansiyalarında çalışmaq üçün əməkdaşlar axtarır.
“BI” xəbər verir ki, qurum bu addımı elektrik quraşdırma və sazlama ilə bağlı kadr ehtiyatının yaradılması çərçivəsində atır.
Yeni əməkdaş modul elektrik stansiyalarında daxili yanma mühərriklərini təmir edəcək, mühərriklərə texniki xidmət göstərəcək, nasosların, tənzimləyici klapanların, ölçü cihazlarının təmiri və onlara nəzarəti həyata keçirəcək, yağ, su və qaz xətlərində olan nəzarət ölçü cihazlarının təftişi və təmiri ilə məşğul olacaq və mühərrik, generator avadanlıqlarına gündəlik xidmət və qüsurları aradan qaldıracaq.
Bu vəzifəyə yiyələnmək istəyən şəxsin ali texniki təhsil, orta-ixtisas təhsili və ya peşə ixtisası olmalı, vəzifəyə görə 6aydan 5 ilədək iş təcrübəsi (iş stajı) malik olmalı, daxili yanma mühərriklərinin iş prinsiplərini bilməlidir. Həmçinin istilik avadanlıqları, avtomatika, nəzarət ölçü cihazları və elektron cihazlar üzrə bilikləri olmalıdır.
Müraciət edən namizədlərin bilik səviyyələri "Azərenerji" ASC üzrə yaradılmış Mərkəzi Müsahibə Komissiyaları tərəfindən yoxlanıldıqdan sonra müsahibədən keçmiş namizədlər gələcəkdə yuxarıda qeyd olunan vəzifələrə təyin olunmaq üçün kadr ehtiyatı bankına daxil ediləcək və vakansiya yarandığı halda işlə təmin olunacaqlar.
Sənədlər bütün iş günləri "Azərenerji" ASC-nin Kadrlar şöbəsinə təqdim olunur.