Sənaye

Azərbaycana daha 10 yeni sərnişin qatarı gətiriləcək

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) hərəkət tərkibi parkının yenilənməsi işləri çərçivəsində sifariş olunan, dəyişən cərəyanla işləyən 50 lokomotivdən 21-i artıq ölkəyə gətirilib.

ENA.az xəbər verir ki, bu barədə ADY-nin sədri Cavid Qurbanov bu gün qurumda onun rəhbərliyi ilə keçirilən videokonfrans şəklində kollegiya iclasında bildirib.

Sədrin sözlərinə görə, bu il daha 9 lokomotivin ölkəyə çatdırılması nəzərdə tutulur. 

“Eyni zamanda 20 sərnişin vaqonundan 10-u artıq qəbul olunub, digər 10 vaqonun da cari ildə çatdırılması planlaşdırılır. Əlavə olaraq, Cəmiyyət tərəfindən 10 sərnişin qatarı sifariş edilib”, - o qeyd edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department