PAŞABank: “Əhalinin hesabları daha çox dollarlaşıb”
01.04.2020-ci il tarixinə “PAŞABank”ın depozit portfeli 3 milyard 446 milyon manatdır. Bunun 2,2 milyard manatı cari, qalanı isə müddətli depozitlərdir. ENA.az-ın sualına cavab olaraq PAŞABankın Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev bildirib ki, son təşvişlə əlaqədar cari hesabların bir hissəsi müddətli hesablara dəyişdirilib və bu həcm 100-200 milyon manat arasında dəyişir.
Cari hesablarda dollarlaşma isə 50% nisbətində qeydə alınıb. Ümumilikdə biznes ödəmə əməliyyatlarını daha çox manatla həyata keçirdiyindən manatın xüsusi çəkisi çox az dəyişib.
"Hazırda valyuta portfelində sabitlik mövcuddur. Ümumi portfelin dollarlaşması isə birinci rübdə 5% artıb"- deyə “PAŞABank”ın İdarə Heyətinin sədri Taleh Kazımov əlavə edib.